Komandasını məğlubiyyətdən xilas edən futbolçuda dopinq aşkarlandı

11:47 - 9 Sentyabr 2021

Qazaxıstan milli komandasının futbolçusu Ruslan Valiullində dopinq aşkarlanıb.

 

Sportal.az xəbər verir ki,  “Tobol”da çıxış edən yarımmüdafiəçinin dopinq testi müsbət nəticə verib.  27 yaşlı yarımmüdafiəçi bu səbəbdən, DÇ-2022-nin seçmə mərhələsinin Bosniya və Herseqovina ilə matçında (2:2) iştirak etməyib.

 

Ruslan DÇ-2022-nin seçmə mərhələsinin Ukrayna ilə ev oyununda (2:2) dubl edərək komandasını məğlubiyyətdən xilas etmişdi.

Xəbər xətti