Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

​Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. Məhz bundan sonra federasiya rəsmiləri Günəşlə yollara davam etmək istəməyib.