Yeni nazir: "İdmanda növbəti nailiyyətləri əldə edə bilərik"

11:59 - 13 Sentyabr 2021

Gənclər və idman naziri təyin olunmuş Fərid Qayıbov öz feysbuk səhifəsində paylaşım edib.

 

Sportal.az xəbər verir ki, o, ölkə prezidenti İlham Əliyevin onu nazir təyin etməsinin böyük şərəf olduğunu bildirib:

 

"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir. Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.

 

Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm".

Xəbər xətti