Premyer Liqada 30-cu qələbə

“Səbail” Premyer Liqada 30-cu qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, bu, III turun “Sumqayıt”la matçına təsadüf edib. Bakı klubu öz meydanındakı oyunda 1:0 hesabı ilə qalib gəlib.

 

“Səbail” 30-cu qələbəyə 107-ci matçda nail olub. Bu qələbələrdən 16-sı evdə, 14-ü səfərdə qeydə alınıb. 2017-ci ildən Premyer Liqada çıxış edən paytaxt təmsilçisinin hesabında 24 heç-heçə və 53 məğlubiyyət də var.

 

Qeyd edək ki, “Səbail” ilk qələbəsini 2017-ci il avqustun 18-də “Neftçi” ilə ev oyununda qazanıb – 1:0. (PFL)

Tarix: 13 Sentyabr [13:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio