"Qalatasaray" Super Liqa matçına 4 itki ilə çıxacaq

11:35 - 18 Sentyabr 2021

"Qalatasaray" Türkiyə Super Liqasının 5-ci turunda doğma meydanda "Alanyaspor"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyuna 4 itki ilə çıxacaq.

 

Arda Turan, Barış Alper Yılmaz və Saşa Boy zədə səbəbindən komandasına kömək edə bilməyəcək. TFF tərəfindən 8 oyuncuq cəza verilən Markao da meydanda olmayacaq.

 

Qeyd edək ki, "Qalatasaray" - "Alanyaspor" qarşılaşması sabah Bakı vaxtilə saat 17:00-da baş tutacaq.

Xəbər xətti