"Beşiktaş"da ciddi itkilər: 3 müdafiəçi oynamayacaq

15:22 - 18 Sentyabr 2021

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Valentin Rozyerin səhhətində problem yaranıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, qrip olan sol cinah müdafiəçisi Super Liqanın 5-ci turu çərçivəsində "Antalyaspor"la baş tutacaq matçda komandasına kömək edə bilməyəcək.

 

Xatırladaq ki, "Beşiktaş"ın müdafiəçiləri Domaqoy Vida və Velinton da zədə səbəbindən komandadan uzaq qalıb.

 

Qeyd edək ki, "Antalyaspor" - "Beşiktaş" matçı bu gün saat 20:00-da baş tutacaq.

Xəbər xətti