Şənol Günəşin təzminatı ilə bağlı açıqlama

19:19 - 21 Sentyabr 2021

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir millinin baş məşqçi postundan istefaya göndərilən Şənol Günəşlə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 69 yaşlı mütəxəssisə təzminat ödəniləcəyini deyib:

 

"TFF ilə Şənol Günəş arasında anlaşma oldu və buna əsasən, ona alacağı təzminatın yarısından daha az ödəyəcəyik".

 

Müqaviləyə əsasən, təcrübəli mütəxəssis 5,3 milyon avro təzminat almalı idi.

Xəbər xətti