"Beşiktaş"da zədə kabusu: hücumçu da sıradan çıxdı

16:50 - 22 Sentyabr 2021

Türkiyənin "Beşiktaş" klubunun hücumçusu Miçi Batşuayi zədələnib.

 

Sportal.az xəbər verir ki, belçikalı forvard Super Liqanın 6-cı turunda "Adana Dəmirspor"la oyunda (3:3) sıradan çıxıb. Dizindən xəsarət alan 27 yaşlı qolçu sentyabrın 24-ü "Altay"la qarşılaşmada komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Beşiktaş"da Domaqoy Vida, Mehmet Topal, Necip Uysal, Kevin Knudu, Aleks Teyşeyra, Rəşid Qezzal zədəli, Valentin Rozyer isə cəzalı durumdadı.

Xəbər xətti