"Beşiktaş" "Sportinq"in futbolçusunu birdəfəlik aldı

20:20 - 23 Sentyabr 2021

"Beşiktaş" "Sportinq"dən icarəyə götürdüyü Valentin Rozyenin transfer hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu keçid üçün 4,8 milyon avro təzminat ödəyib. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Fransalı müdafiəçi ötən mövsüm də icarə əsasında "qara qartallar"da çıxış edib.

Xəbər xətti