Yarımcan "Beşiktaş"

13:06 - 28 Sentyabr 2021

"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə "Ayaks"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" bu matç öncəsində zədə kabusu yaşayır. Sərgən Yalçın Amsterdam təmsilçisi ilə oyunda aparıcı oyunçularının xidmtindən yararlana bilməyəcək. İstanbulluların 10 futbolçusu zədə səbəbindən Niderlanda aparılmayıb.

 

Domaqoy Vida, Velinton, Necip Uysal, Mehmet Topal, Aleks Teyşeyra, Kevin Nkudu, Raşid Qezzal, Fransisko Montero (koronavirus), Kayl Larin və Miralem Pyaniç "Ayaks"la oyunda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Ayaks" - "Beşiktaş" qarşılaşması bu gün Bakı vaxtilə saat 20:45-də baş tutacaq.

Xəbər xətti