"Qalatasaray"da ciddi itki

17:10 - 1 Oktyabr 2021

"Qalatasaray" Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Marsel"lə keçirilən oyunda (0:0) ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Saşa Boy zədələnib. 65-ci dəqiqədə əzələsində ağrı hiss edən 20 yaşlı sol cinah müdafiəçisi matçı davam etdirə bilməyib və DeAndre Yedlinlə əvəzlənib.

 

Fransalı müdafiəçi Super Liqanın 8-ci turunun oktyabrın 3-də baş tutacaq "Rizəspor"la oyununda komandasına kömək edə bilməyəcək.

Xəbər xətti