"Beşiktaş"ın hücumçusunu "Qalatasaray"lı əvəz etdi

16:46 - 4 Oktyabr 2021

Türkiyə milli komandasının heyətində itki baş verib.

 

Sportal.az xəbər verir ki, hücumçu Kənan Karaman zədələnib. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb. "Beşiktaş"ın hücumçusunun əvəzinə milliyə "Qalatasaray"dan Halil Dərvişoğlu daxil edilib.

 

Qeyd edək ki, Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveçlə, 11-də isə Latviya ilə qarşılaşacaq.

Xəbər xətti