Pyaniç "Beşiktaş"a gələrkən sabiq "Qarabağ"lı ilə məsləhətləşib

15:52 - 5 Oktyabr 2021

"Beşiktaş"ın "Barselona"dan heyətinə qatdığı Miralem Pyaniç İstanbul təmsilçisinə keçidi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, o, "qara qartallar"ın təklifini qəbul etmədən öncə Bosniya və Herseqovina yığmasında komanda yoldaşı olan İbrahim Şehiçlə məsləhətləşib. Bu barədə 31 yaşlı yarımmüdafiəçi beIN SPORTS-a verdiyi açıqlamada deyib:

 

"İlk olaraq Şehiçlə danışdım. "Beşiktaş"ın Türkiyədəki ən böyük klub olduğunu və orada çox xoşbəxt olacağımı dedi".

 

Pyaniç 2021/2022 mövsümünün sonuna kimi icarə əsasında "Beşiktaş"da oynayacaq.

 

Qeyd edək ki, hazırda Türkiyənin "Konyaspor" klubunda çıxış edən İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.

Xəbər xətti