Nuri Şahin baş məşqçi oldu

19:13 - 5 Oktyabr 2021

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu posta Super Liqa təmsilçisinin futbolçusu Nuri Şahin gətirilib. 33 yaşlı yarımmüdafiəçinin futbolçu karyerasını da davam etdirəcəyi gözlənilir.

 

"Antalyaspor"un prezidenti Aziz Çetin məsələ ilə bağlı açıqlama verib. O, komandanı Nuri Şahinə əmanət etdiklərini deyib:

 

"Antalyaspor"da futbola cavabdeh şəxs artıq Nuri Şahindir. Komandasını quracaq. 5 illik anlaşdıq. Futbol oynamağa davam edib-etməyəcəyi onun seçiminə bağlıdır".

 

Qeyd edək ki, karyerası ərzində "Borussiya" (Dortmund), "Real", "Liverpul" kimi klublarda oynamış Nuri Şahin 2020-ci ilin yayında "Antalyaspor"a transfer olub. Təcrübəli futbolçu Antalya təmsilçisinin heyətində meydana çıxdığı 50 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti