Türkiyə klubunun baş məşqçisi müəyyənləşdi

14:44 - 7 Oktyabr 2021

Türkiyənin "Yeni Malatyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini rumnıniyalı mütəxəssis Marius Şumidika çalışdıracaq. 50 yaşlı mütəxəssislə razılıq əldə olunub. Onunla rəsmi müqavilə imzalanacaq.

 

"Yeni Malatyaspor" bir neçə gün öncə İrfan Buzu istefaya göndərib. Malatya təmsilçisi 8 turdan sonra 6 xalla 17-ci pillədədi.

Xəbər xətti