"Beşiktaş" 2 futbolçunu hədəfə aldı - klub prezidenti açıqladı

19:53 - 7 Oktyabr 2021

"Beşiktaş"ın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi 2 futbolçu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sassuolo"dan Kaan Ayhan və "Everton"dan Cenk Tosunu almağa çalışacaqlarını bildirib:

 

"Cenk Tosuna sözüm var: nə vaxt istəsə, qapımız üzünə açıqdır. Onu çox sevirik və inanırıq ki, komandamıza fayda verəcək. Yanvarda Cenk Tosun və Kaan Ayhanı heyətimizə qatmağa çalışacağıq".

Xəbər xətti