Finalın təyinatları açıqlandı

14:28 - 9 Oktyabr 2021

İspaniya və Fransa milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının final matçının hakimləri məlum olub.


Sportal.az xəbər verir ki, həlledici oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.


Matçın baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qeri Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kreyq Pouson yerinə yetirəcək. .

 

Oktyabrın 10-da İtaliyadakı “San Siro” stadionunda keçiriləcək İspaniya – Fransa matçına saat 22:45-də start veriləcək.

Xəbər xətti