"Beşiktaş"da son durum: 5-i qayıtdı, 5-i zədəlidi

15:18 - 14 Oktyabr 2021

"Beşiktaş" Türkiyə Super Liqasının 9-cu turunda "Başakşəhər"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, zədə səbəbindən komandadan ayrı qalan Fransisko Montero, Atiba Hatçinson, Kayl Larin, Raçid Qezzal və Velinton sağalıb və kollektivə qoşulub. 5 futbolçu "Başakşəhər"lə oyunun heyətinə daxil edilib.

 

Georges Nkudu, Mehmet Topal, Kənan Karaman, Miralem Pyaniç və Fabris Nsakalanın isə zədəsi davam edir. Onların qayıdışı müalicə prosesindən asılıdır.

 

Qeyd edək ki, "Başakşəhər" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti