"Kriştiano Ronaldo ən yaxşı beş futbolçudan biri belə deyil"

15:10 - 19 Oktyabr 2021

İtaliya milli komandasının keçmiş üzvü Antonio Kassano maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu tarixin ən yaxşı 5 oyunçusunun adını açıqlayıb. Kassano portuqaliyalı ulduz Kriştiano Ronaldonun ən yaxşı 5 futbolçudan biri olmadığını bildirib:

 

"Lionel Messi, Pele, Dieqo Maradona, Yohan Kroyff və braziliyalı Ronaldo mənim fikrimcə tarixin ən yaxşı 5 oyunçusudur. Bu futbolçular fərqli səviyyədədirlər. Məncə Kriştiano Ronaldo ən yaxşı beş futbolçudan biri belə deyil"

Xəbər xətti