Azərbaycan şahmatçılarının qatılacağı turnirin mükafat fondu açıqlanıb

00:53 - 23 Oktyabr 2021

Şahmat üzrə "Grand Swiss 2021" turnirinin ümumi mükafat fondu 550 000 ABŞ dolları təşkil edəcək.

 

Sportal.az xəbər verir ki, bu məbləğin 425 000 dolları kişilərin, 125 000 dolları isə qadınların mübarizəsinə ayrılıb.

 

"Grand Swiss" turniri 25 oktyabr - 8 noyabrda Latviyanın paytaxtı Riqadakı "Hanzas Perons" Mədəniyyət Mərkəzində keçiriləcək.

 

Azərbaycanı kişilər arasında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov və Vasif Durarbəyli təmsil edəcək. Azərbaycanın turnirdəki yeganə qadın şahmatçısı isə Günay Məmmədzadə olacaq.

Xəbər xətti