"Bavariya" "Napoli"nin hücumçusunu istəyir

15:24 - 29 Oktyabr 2021

"Bavariya" gələn ilin yayında heyətinə yeni hücumçu cəlb etmək istəyir.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Napoli"nin forvardı Viktor Osimhenlə maraqlanır. "Bavariya" nigeriyalını komandanı tərk edəcəyi gözlənilən Robert Levandovskiyə əvəzləyici kimi görür.

22 yaşlı hücumçu bu mövsüm Neapol klubunda 11 oyunda 9 qol vurub.

Xəbər xətti