“Səbail”in futbolçusu Camal Araqo Liberiya milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, Camal Araqo Qananın U-17 və U-20 milli komandalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan oyunçu həmin milli komandada çıxış etməyə qərar verib.
Klubun yaydığı digər xəbərə görə, Domantas Şimkus isə Litva milli komandasına dəvət alıb.
saytlarin hazirlanmasi