"Azərbaycan millisinə məsuliyyət daşıyan hər kəs istefa verməlidir"

"Lüksemburqa məğlubiyyət bir futbol adamı kimi məni utandırır".

 

Sportal.az xəbər verir ki, bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa məğlubiyyətini (1-3) şərh edən Novruz Əzimov deyib.

 

Təcrübəli mütəxəssis əsas millimizin acınacaqlı nəticələrini birbaşa rəhbərlik və strategiya ilə əlaqələndirib: "Oyun haqqında da danışmağa utanıram. Nə qədər danışsaq da dəyişən nəsə yoxdur. Əksinə milli komanda daha da geri gedir.

 

Təxminən 23 il əvvəl mətbuata açıqlamamda demişdim ki, kimlərsə futbolla məşğul olur, kimlərsə buna əyləncə kimi baxır. Ancaq futbolla məşğul olan adamlar bu işin peşəkarı olmalıdır.

 

Təsadüfi adamlar futbolda uğur qazana bilməz. Futbolda təsadüf olmur. İstənilən nəticənin səbəbi, məntiqi var. Hazırkı komandanı Azərbaycan millisi adlandıra bilmərəm".

 

Əzimov yığma komandaya məsuliyyət daşıyan hər kəsi istefaya səsləyib: "Nəticələr təsadüf deyil. Bunun kökündə məsuliyyətsiz, şəristəsiz və şəxsi maraqlara xidmət edən rəhbərlik dayanır. Son illərdəki nəticələr göstərir ki, tutduqları strategiya səhvdir. Milli komandaya məsuliyyət daşıyan hər kəs istefa verməlidir. Futbolumuza ayrılan pulların qarşılığında göstərilən nəticələr biabırçılıqdır. Azərbaycanda futbolu inkişaf etdirmək olar. Yetər ki, bunu istəsinlər və düzgün strategiya qurulsun. O zaman yaxın 5-6 ildə nəticələr olacaq".

Tarix: 14 Noyabr [13:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio