Gəncə stadionunun dayanacağında obyekt tikilir - FOTO

12:57 - 18 Noyabr 2021

Gəncə şəhər stadionunun avtodayanacağı sökülür.

 

Sportal.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Kəpəz” klubunun azarkeşlərindən biri məlumat verib. 

 

Tərəfdar bildirib ki, dayanacaq bir sahibkar tərəfindən sökülür və orada yeni obyektlər inşa ediləcək.

 

Həmçinin qeyd ediblər ki, həmin ərazidə illər öncə tikinti işləri aparılmağa başlasa da, sonradan dayandırılmışdı. Gəncənin sabiq başçısı Elmar Vəliyevin göstərişinə əsasən orada inşa edilən tikililər sökülmüşdü. 

 

Lakin bir neçə gün öncə həmin ərazidən yenidən tikinti işlərinə start verilib. 

 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, sözügedən ərazi şəxsi mülkiyyətdir: “Bu ərazi Gəncə şəhər stadionunun ərazisinə daxil deyil. 2012-ci ilin mart atında verilmiş çıxarışa əsasən həmin ərazi qeyri-yaşayış sahəsi kimi Qurbanov Akif Cahangir oğluna satılıb”. 

 

Gəncə şəhər stadionu Gənclər və İdman Baş İdarəsinin balansında olduğu üçün idarənin rəisi Həmid Nəsirovla da əlaqə saxladıq. O da öz növbəsində ərazinin çıxarışı ilə şəxsi mülkiyyət olduğunu bildirdi: “Bu stadion bizim balansımızdadır. Verilən xəritədə həmin ərazi stadionun tərkibində göstərilməyib. Bununla bağlı Dövlət Əmlak Komitəsinə də sorğu göndərdik və bizə sənədlər göndərildi. İlk növbədə biz həmin ərazinin satılmamasında maraqlıyıq”. 

 

Xəbər xətti