Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar bəlli oldu

17:51 - 2 Dekabr 2021

Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə iştirak edəcək şahmatçıların adı məlum olub.

 

Sportal.az xəbər verir ki, bu barədə turnirin direktoru Anar Allahverdiyev Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

Xəbər xətti