50 il sonra Braziliya çempionu oldular

11:02 - 3 Dekabr 2021

Braziliya A Seriyasında mövsümün qalibinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, lider "Atletiko Mineyro" 36-cı turda səfərdə "Bahya"nı 3:2 hesabı ilə məğlub edib. Ən yaxın izləyicisi "Flamenqo"dan 11 xal qabaqda "ağ-qaralar" sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.

 

Qeyd edək ki, "Atletiko Mineyro" sonuncu dəfə 50 il əvvəl, 1971-ci ildə Braziliya çempionu olmuşdu.

Xəbər xətti