Gəncə Futbol Akademiyasının hazır olacağı vaxt məlum oldu

14:59 - 3 Dekabr 2021

Gəncə Futbol Akademiyasının hazır olacağı tarix müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Kəpəz"in icraçı direktoru İlqar Nadiri klubun rəsmi saytına açıqlama verib.

 

O, akademiyanın 1 il müddətində tikilərək istifadəyə veriləcəyini bildirib. Klub rəsmisi akademiya binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydanın salınmasının planlaşdırıldığını da əlavə edib.

Xəbər xətti