Misirin aşağı liqasında keçirilən oyun zamanı faciə baş verib.
Sportal.az xəbər verir ki, "Əl-Maqd" - "Əl-Zarka" matçında meydan sahiblərinin baş məşqçisi Ədhəm Əl-Selhedar dünyasını dəyişib. Məşqçi 90-cı dəqiqədə komandasının vurduğu qola sevinərkən huşunu itirib. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qarşılaşma "Əl-Maqd"ın 1:0 hesablı qələbəsiylə başa çatıb.