Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Kuboku oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.2);
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunur (maddə 62.1);
MOİK klubunun futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
1/8 final mərhələsinin “Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
saytlarin hazirlanmasi