Məşqdə huşunu itirən xorvatiyalı futbolçu vəfat etdi

16:27 - 24 Dekabr 2021

Xorvatiya 3-cü liqasında mübarizə aparan “Nehay” klubunun futbolçusu Marin Çaçiç vəfat edib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi məşq zamanı huşunu itirib. Xəstəxanada Çaçiçə ürək çatışmazlığı diaqnozu qoyulub.

 

Üç gün komada qalan futbolçunun həyatını xilas etmək mümkün olmayıb. Xorvatiyalı oyunçu dekabrın 23-ü dünyasını dəyişib.

Xəbər xətti