Portuqaliyanın “Benfika” komandasının baş məşqçisi Jorje Jezuş istefaya göndərilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 67 yaşlı mütəxəssisin işinə son verilsə də, klub müqavilənin sonuna qədər onun və köməkçilərinin məvacibini ödəməyə davam edəcək.
Qeyd edək ki, Jorje Jezuş 2020-ci ilin avqustunda “Benfika”ya baş məşqçi təyin edilmişdi.
saytlarin hazirlanmasi