Millinin oyununun bilet satışından əldə olunmuş vəsaitin 10 faizi ianə olundu

17:57 - 29 Dekabr 2021

Bu il sentyabrın 13-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında imzalanmış “Anlaşma Memorandumu”na əsasən 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının memorandumun imzalandığı tarixdən sonra keçirilən bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə etməsi razılaşdırılmışdı.

 

Sportal.az xəbər verir ki, bununla əlaqədar, 15,300 (on beş min üç yüz) AZN məbləğində maliyyə vəsaiti AFFA tərəfindən QDF-in bank hesabına köçürülüb.

Xəbər xətti