"Kəpəz" məşqlərə start verir

13:35 - 7 Yanvar 2022

I Divizion təmsilçisi "Kəpəz"in əsas komandası üçün qış istirahəti başa çatır.

 

Sportal.az xəbər verir ki, bu informasiyanı klubun rəsmi "feysbuk" hesabı yayıb. "Sarı-göylər" yanvarın 10-da Gəncədə məşqlərə başlayacaqlar. Komanda gündə bir dəfə məşq edəcək.

 

Qeyd edək i, "Kəpəz" I Divizionda mövsümün ilk yarısını 22 xalla 3-cü pillədə başa vurub.

Xəbər xətti