"Qarabağ"ın rəqibi məşhur hücumçu ilə anlaşdı

22:35 - 11 Yanvar 2022

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” heyətinə yeni futbolçu qatmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, Fransa klubu “Beyçzin Qoan” (Çin) ilə müqaviləsi başa çatan konqolu hücumçu Sedrik Bakambu ilə anlaşıb. Tərəflər 2,5 illik müqavilə imzalayacaqlar.

 

Sedrik Bakambu “Beyçzin Qoan”ın heyətində keçirdiyi 87 oyunda 58 qol vurub.

 

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti