Premyer Liqa klubu Fransa millisinin üzvünü transfer etdi

15:55 - 12 Yanvar 2022

İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Everton"dan Lukas Dini transfer edib. "Şirlər" Fransa millisinin üzvü üçün Liverpul təmsilçisinə 30 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Lukas Din "Everton"a 2018-ci ildə "Barselona"dan transfer olub. 28 yaşlı cinah müdafiəçisi cari mövsümdə meydana çıxdığı 15 oyunda 1 qol vurub.

 

Xatırladaq ki, "Aston Villa" "Barselona"dan Filipe Koutinyonu da icarəyə götürüb.

Xəbər xətti