Kamerundan ikinci qələbə - VİDEO

21:52 - 13 Yanvar 2022

Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, A qrupunda Kamerun və Efiopiya milli komandaları üz-üzə gəlib. Qarşılaşma Antonio Konseysaonun yetirmələrinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 6-ya yüksəldən Kamerun qrup lideridir. Hər iki oyunda uduzan Efiopiya isə qrupun sonuncusudur.

 

Kamerun - Efiopiya 

Qollar: Karl Toko Ekambi, 8, 67, Vinsent Abubakar, 53, 55 - Dukele Dava Hotessa, 4

 

Xəbər xətti