"Yuventus"un yarımmüdafiəçisi Aaron Remzi İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Kristal Pelas" 31 yaşlı uelslinin xidmətində maraqlıdı. Tərəflər keçidlə bağlı danışıqları davam etdirir.

Remzinin "Yuventus"la müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Remzi daha əvvəl İngiltərədə "Arsenal"ın formasını geyinib.