Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 24 komandanın iştirak etdiyi yarışda 6 qrupun hər birində ilk iki yeri tutaan və 3-cülərdən ən yaxşı 4-ü pley-offa yüksəlib.
Onların arasında "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde ilə "Neftçi"nin oyunçusu Mamadu Kanenin yer aldığı Qvineya millisi də var.
1/8 final cütləri:
Kamerun - Komor adaları
Burkina Faso - Qabon
Seneqal - Kabo Verde
Qvineya - Qambiya
Mərakeş - Malavi
Nigeriya - Tunis
Fil Dişi Sahili - Misir
Mali - Ekvatorial Qvineya
1/8 final oyunları 23 - 26 yanvarda olacaq.