"Kəpəz"in qış hazırlıq dövründə yanvarın 22-də "Turan Tovuz" ilə keçirməli olduğu ilk yoxlama oyunu təxirə düşüb.
Sportal.az xəbər verir ki, bu, komandaların baş məşqçilərinin - Yaşar Vahabzadə ilə Rövşən Babayevin birgə razılığına əsasən olub.
Qərara alınıb ki, qeyri-rəsmi Qərb derbisi fevralın ilk həftəsində baş tutacaq.
saytlarin hazirlanmasi