Afrika Millətlər Kubokunda faciə: ölənlər var

14:51 - 25 Yanvar 2022

Afrika Millətlər Kubokunda 1/8 finalın Kamerun - Komor adaları görüşündən öncə faciə yaşanıb.

 

Sportal.az xəbər verir ki, yaranmış izdiham nəticəsində ən azı yeddi nəfər həlak olub. Ölənlərin sayının artması istisna edilmir. Təxminən 40 nəfərin hadisə zamanı xəsarət alaraq xəstəxanalara çatdırıldığı bildirilir.

 

Qeyd edək ki, görüşdə Kamerun millisi 2:1 hesabı ilə qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

Xəbər xətti