"İnter" Almaniya millisinin üzvünü transfer etdi

20:31 - 26 Yanvar 2022

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Atalanta"dan Robin Qosens heyətinə cəlb edib. "İnter" Almaniya millisinin üzvünü 3 milyon avro qarşılığında mövsümün sonunadək icarəyə götürüb. A Seriyasının lideri yayda 22 milyon avro ödəməklə 27 yaşlı sol cinah müdafiəçisinin transfer hüquqlarını əldə edəcək.

 

Qeyd edək ki, Robin Qosens "Atalanta"ya 2017-ci ilin yayında Niderlandın "Herakles" klubundan keçib. Təcrübəli müdafiəçi cari mövsümdə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 2 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti