Rusiyanın "Ufa" klubu azərbaycanlı futbolçu Azər Əliyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat verib. 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Təcrübəli futbolçu "Ufa"nın heyətində meydana çıxdığı 66 matçda 2 qol vurub.
Qeyd edək ki, Azər Əliyevin "Neftçi" ilə müqavilə imzalayacağı gözlənilir.
saytlarin hazirlanmasi