Azər Əliyev "Neftçi" ilə müqavilə imzalamaq üçün Bakıya gəldi

18:36 - 27 Yanvar 2022

"Neftçi"nin yeni transferi Azər Əliyev artıq Bakıdadı.

 

Sportal.az xəbər verir ki, Rusiyanın "Ufa" klubundan ayrılan yarımmüdafiəçi müqavilə imzalamaq üçün Azərbaycan paytaxtına gəlib.

 

Bu barədə "FutbolPress"ə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verdi:

 

"Azər artıq Bakıdadı. Müqavilənin imzalanması üçün son hazırlıq işləri görülür".

Xəbər xətti