Bakı birinciliyi start götürdü

14:59 - 28 Yanvar 2022

Bakının Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə gənclər arasında Bakı birinciliyinə start verilib.

Sportal.az xəbər verir ki, bu gün oğlanlar arasında 60 kq. (34 nəfər), 66 kq. (36 nəfər), 73 kq. (23 nəfər), 100 kq. (5 nəfər) çəki dərəcəsində mübarizə gedəcək.

Yarış Azərbaycan Cüdo Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Çempionata paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 169 (161 oğlan, 8 qız) cüdoçu qatılıb. Onlar 2002 - 2004-cü il təvəllüdlülərdir.

Xəbər xətti