"Arsenal"ın futbolçusu "Aston Villa"da

15:32 - 28 Yanvar 2022

İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Arsenal"dan Kalum Çembersi heyətinə qatıb. 27 yaşlı mərkəz müdafiəçisi ilə 2025-ci lin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kalum Çembers cari mövsümdə "Arsenal"ın heyətində 5 matçda meydana çıxıb və 1 qol vurub.

Xəbər xətti