Portuqaliya klubu "Neftçi"nin müdafiəçisini istəyir

12:16 - 29 Yanvar 2022

"Neftçi"nin müdafiəçisi Uqo Basto karyerasını Portuqaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb. Xəbərdə qeyd olunub ki, "Tondela" 28 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Premyer Liqa klubu portuqaliyalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

 

Uqo Basto "Neftçi"yə mövsümün əvvəlində Portuqaliyanın "Eştoril" klubundan keçib.

 

Xatırladaq ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Tondela"da çıxış edir.

Xəbər xətti