"Qarabağ"a qol vuran hücumçu "Fiorentina"da

14:47 - 29 Yanvar 2022

İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisi "Bazel"in hücumçusu Artur Kabralı rənglərinə bağlayıb. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

 

Braziliyalı forvardla müqavilənin detalları açıqlanmayıb. 24 yaşlı futbolçu "Fiorentina"da 9 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Artur Kabral Avropa Konfrans Liqasının qrup mərhələsinin son turunun "Bazel" - "Qarabağ" matçında 2 qol vurub.

Xəbər xətti