"İnter" İtaliya millisinin üzvünü icarəyə verdi

15:33 - 29 Yanvar 2022

İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "İnter"in yarımmüdafiəçisi Stefano Sensini heyətinə cəlb edib. İtaliya milli komandasının üzvü mövsümün sonunadək icarə əsasında "Sampdoriya"da çıxış edəcək.

 

Qeyd edək ki, Stefano Sensi "İnter"ə 2020-ci ilin yayında "Sassuolo"dan keçib. 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub.

Xəbər xətti