"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda "Sabah"da 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz necədir?
- Qış fasiləsindən sonra birinci oyun idi. Kubokdan başlamaq, bizim üçün çətin oldu. Gözləyirdik ki, çətin olacaq. "Sabah" son vaxtlar yüksəlişdə olan komandadı. Oyun haqda danışsaq, bilmirəm nələr danışım, mövzuya necə girim. Kubokdu, bugün hesab nə olura olsun, ikinci oyunda da çətin olacaq. Hazırlaşacağıq, yolumuza davam etmək istəyirik.
- Yayda edilən transferlərlə niyə yollar ayrıldı?
- Harramiz Soares oyunumuza oturmadı. Uğursuz transferlərdən oldu. Fikirləşdik ki, özü ilə danışaq. Mədəni insandı, anyalışla qarşıladı. Təəssüfənirəm ki, Romen Baskı saxlaya bilmədik. Probleminə isti yanaşdıq, özümüz problemə düşdük. Romen Baskla ailəsinə görə söhbətlərimiz çox oldu. Son sözü burada qala bilməyəcəyi oldu. Ailəsi də bura gəlmək istəmirdi. Buna rəğmən saxlayardıq. Digər məsələlər də var. Demək istəmirəm. Romen Baskın yeri görünürdü. Sadəcə həmin situasiyada siz də olsaydız, başa düşərdiz, ailə məsələlərində üstünə getmək olmur. Mamadu Kane, Sabir Buqrin əsas heyət oyunçuları idi. Təzə komandayıq, yeni oyunçulardı, çalışırıq onları oyunumuza uyğunlaşdıraq. Vatx lazımdı. Görək başımıza nələr gəlir.
- Yeni transferlər haqda nə deyə bilərsiz?
- Pato cavandı, Azəri tanıyırıq. Rusiya Premyer Liqasından bura oyunçu gətirmək çətindi. Əziyyət çəkənlərə çox sağol deyirəm. Komandaya gec qoşulanlar oldu. Bəzi oyunçular 10 gün məşqdən sonra meydana çıxdılar. Yaxşı fiziki duruma gətirib çıxaracağıq.
- Antalyadakı oyunlarda beşli müdafiə ilə oynayırdız. Bu gün isə dördlü müdüafi sistemi ilə oynadız. Bu, "Sabah"a görə idi?
- Antalyada 2 oyunda dördlü müdafiə ilə oynayırdıq, bugünki sistemlə. Bu sistemlə oynamışıq, xatırlamaq istəyirdik. Beşliyə də qayıda bilərik. Yoldaşlıq matçları imkan verir ki, sistem dəyişək.
- Hiss olunurdu ki, hücumçular hazır deyil. Sanki Ramon Maçado da "Neftçi"yə layiq forvard deyil...
- Nə Ramon Maçado, nə Tyaqo Bezzera top vəziyyətdə deyirlər ki, 90 dəqiqə biz istəyəni versin. Oyunun içində görünmürdüsə, bizim üçün görünürdü. Oyundan qabaq hamıya tapşırıqları verirsən, həmçinin hücumçulara. Matçın içində istədiyimizi ala bilmiriksə, demək ki, fiziki durumları imkan vermir. "Ramon "Neftçi"yə layiq deyil" sözü ilə razı deyiləm. Yaxşı hücumçudu. Meydanın ortasını rəqibə verdik. "Eddi İsrafilov Kane deyil, Vüsal Sabir deyil" deyək? 100 faiz onlar deyillər. Əlimizdə nədisə onların ən yaxşı tərəfəni istifadə etmək istəyirik. Keyfiyyətləri budusa, bundan istifadə etməliyik. Əlimizdə olanlarla davam edəcəyik. Problemlərimizi çox yaxşı bilirik. Ab-hava yüksək səviyyədədi. Futbolçular çox çalışırlar. Əsas heyətin oyunçuların getməsi, digər əsas heyət oyunçuların olmaması bizə təsir edir.
- Qışa qədərki "Neftçi" və inidki "Neftçi". Demək olar ki, komanda güclənmək əvəzinə zəifləyib?
- Bunu oyunlar göstərəcək. Həm oyunu düzəltməliyik, həm də futbolçuları. Futbolçuya tapşırıq vermək üçün onu da yaxşı duruma gətirməliyik. Bəlkə indi kimsə deyər, Pato o deyil, amma nə bilirsiz? Pato, Azər daha yaxşı duruma düşər, 2 oyundan sonra bəlkə hamımız onlardan danışarıq.
saytlarin hazirlanmasi