Azər Əliyev vətəndaşlıq üçün müraciət etməyib - AÇIQLAMA

14:29 - 2 Fevral 2022

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Neftçi"nin yeni transferi Azər Əliyevin yerli oyunçu statusunda çıxış etmə ehtimalı barədə danışıb.

Sportal.az xəbər verir ki, o, qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında bildirib:

"Azər Əliyev dünən Azərbaycan Kuboku oyununa legioner kimi çıxdı. Bu statusda sifariş edilib. Azər bizə hər hansı müraciət etməyib. Prosedur belədi ki, futbolçunun özü bizə müraciət edir, biz Rusiya Futbol İttifaqından rəy alırıq ki, bu oyunçu Rusiya yığmasında çıxış etməyib. Daha sonra FIFA-ya müraciət edirik".

Xəbər xətti